Sosial şəbəkələrdəki saxta elanlarla bağlı nazirlikdən XƏBƏRDARLIQ

Sosial şəbəkələrdəki saxta elanlarla bağlı nazirlikdən XƏBƏRDARLIQ
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidməti sosial şəbəkə istifadəçilərimizə qarşı həyata keçirilən növbəti "fişinq” kampaniyasını qeydə alıb.

Sfera.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, "Facebook”, "Instagram” və digər sosial şəbəkələrdə "Azərbaycan vətəndaşlarını əbədi olaraq dəyişdirəcək elan” başlığı altında saxta elanlar yerləşdirilir. Məqsəd istifadəçilərin diqqətini cəlb edərək zərərli keçidlərə daxil olmağa sövq etməklə onları "tələ”yə salmaqdır.

"Belə ki, elanda göstərilən keçidə (sites.google.com) daxil olan istifadəçidən anket forması doldurması istənilir və bunu edən istifadəçilər zərərli saytlara yönləndirilir. Bu saytlara daxil olduqda istifadəçinin cihazına "zərərli proqramlar” (adware) yüklənilir və cihazı yoluxur. Daha sonra bu proqramlar istifadəçinin fərdi məlumatlarını toplayır və kibercinayətkara ötürür.

Vətəndaşlardan xahiş olunur ki, sosial mediada maksimum diqqətli davransınlar, qarşılarına "pop-up” menyular şəklində çıxan saxta elanlara keçid etməsinlər və elanın sağ küncündə yerləşən üç nöqtə (...) üzərinə klik etməklə şikayət etsinlər.

Həmçinin bu kimi hallarla üzləşdikdə, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər", - deyə qurum bəyan edib.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...

Prezident: "Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər"

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.   Sfera.az xəbər verir ki, bu fikri Azə...

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...