“Sizə minnətdarıq...” – Millət vəkili Prezident sərəncamının əhəmiyyətindən yazdı

“Sizə minnətdarıq...” – Millət vəkili Prezident sərəncamının əhəmiyyətindən yazdı

"Bu gün cənab Prezident "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən Azərbaycanın 10 şəhər və rayonun 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Meliorasiya və Su Təsərrüfatı ASC-ə vəsait ayrılmışdır”.


Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili Bəhruz Məhərrəmov özünün sosial şəbəkə hesabında yazıb. Onun həmin statusunu olduğu kimi diqqətinizə çatdırırıq:

 

"Sevindirici haldır ki, cənab Prezident bizi də diqqət və qayğısından kənarda qoymamış, Sərəncama Biləsuvarın da adı salınmış, Dərvişli kəndində 2 ədəd subartezian quyusunun qazılması qərara alınmışdır.

 

Başa düşürəm, problemlərimiz böyükdür, lakin, 40 illik problem bir günə həll edilə bilməz, bu bir başlanğıcdır və bu layihədən ən azı bir neçə kəndimiz mükəmməl formada faydalana biləcək.

Sual verə bilərsiz niyə Dərvişli? – Çünki, Biləsuvar rayonunda artezian üçün yeganə yararlı ərazi Dərvişli kəndidir.

 

Bütün bunların fonunda özümün, habelə təmsil etdiyim Biləsuvar sakinlərinin adından cənab Prezidentə təşəkkür edirəm!

 

Cənab Prezident, bu çətin günlərdə, dünyanındakı ağır iqtisadi böhranın fonunda, neftin qiymətinin ən minimuma endiyi bir şəraitdə atdığınız bu addım həqiqətən Sizin böyüklüyünüzün, vətəndaşın yanında olmanızın göstəricisidir!

SİZə minnətdarıq!”


OXŞAR XƏBƏRLƏR

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....