"Bəxtiyar bizi eşitmədi..." - Hafiz Hacıyev həbsdə olan müxalifətçi qohumundan danışdı
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev həbsdə olan qohumu, ictimai fəal Bəxtiyar Hacıyevin 44 gündür, aclıq aksiyasını davam etdirməsinə münasibət bildirib. Sfera.az xəbər verir ki, Hafiz Hacıyev pravda.az-a açıqlamasında deyib ki, qohum olduğu üçün Bəxtiyar Hacıyevin işinə qarışmır. “İstəməzdim ki, məsələni bu səviyyəyə çatdırsın. Görünür, müəyyən qüvvələrin təsiri var ki, axıra qədər askiyanı davam etdirir. Bu, düzgün deyil. Adam tutular da, adamı tutarlar da... Təbii ki, əsassız