Münxen konfransının Azərbaycan üçün əhəmiyyəti nədir? - Millət vəkili AÇIQLADI
“Münxen Təhlükəsizlik Konfransı artıq 60 ildir fəaliyyət göstərir. İllər əvvəl bu forum ancaq Avropa ölkələrinn təhlükəsizlik məsələlərini müzakirə edirdi”.
Sfera.az xəbər verir ki, bu fikirləri Real Televiziyasının efirində millət vəkili Cavnşir Feyziyev bildirib.
Millət vəkili əlavə edib ki, artıq Münxen Təhlükəsizlik Konfransı bütün dünyadakı qlobal problemləri müzakirəyə çıxarır.
”Münxen Təhlükəsizlik Konfransında iştirak Azərbaycan üçün çox önəmlidir. Çünki ölkəmiz bu konfransda iştirak etməklə Cənubi Qafqazdakı problemləri diqqətə çatdırmalı və diqqət mərkəzində saxlamalıdır. Demək olar ki, artıq Cənubi Qafqazdakı vəziyyət Münxen Təhlükəsizlik Konfransında iştirak edən ölkələrin diqqət mərkəzindədir. Çox sevindicidir ki, Münxen Təhlükəsizlik Konfransında iştirak edən ölkələrin Azərbaycana xüsusi diqqəti var” – Cavnşir Feyziyev bildirib.






