Münxendə baş verənlərin PƏRDƏARXASI - Liderlər əslində buna görə toplaşıb

Münxendə baş verənlərin PƏRDƏARXASI - Liderlər əslində buna görə toplaşıb

Dünyada siyasi-hərbi vəziyyət daha da pisləşəcək.

 

Sfera.az bildirir ki, bu barədə “Politico” nəşri Münxen Təhlükəsizlik Konfransında baş verənlərə istinadən məlumat yayıb. Qeyd olunub ki, konfransın ab-havası gərgin olaraq qalır, çünki iştirakçıları mövcud dünya nizamının sonunu qabaqcadan görürlər.

 

Nəşr nümunə kimi Almaniyanın Ukraynadakı münaqişənin davam etdirilməsində maraqlı olan rəsmilərin davranışını göstərib: “Bəzi iştirakçılar üçün görüşün keçirildiyi “Bayerischer Hof” otelindəki ab-hava 1938-ci ili xatırladırdı. Həmin il Bavariyanın paytaxtında konfrans keçirildi, nəticədə Avropa gücləri tərəfindən Çexoslovakiyanın Südet bölgəsinin Almaniyaya verilməsini nəzərdə tutan bədnam Münxen sazişi bağlandı”.

 

“Politico” vurğulayıb ki, builki təhlükəsizlik konfransında üzü gülən yeganə insanlar müdafiə podratçıları idi: “Çünki silah satışı artmaqda davam edir”.

 

Həmçinin Asiyadan gələn xəbərlərin də ürəkaçan olmadığı bildirilib: “Konfransda NATO-nun baş katibi Yens Stoltenberq “bu gün Avropada baş verənlər sabah Asiyada baş verə bilər”, deyə söylədi. Çinin xarici işlər naziri Vanq Yi də bunu istisna etməyib. “Tayvan Çin ərazisinin bir hissəsidir. Bu ərazi heç vaxt ölkə olmayıb və gələcəkdə də heç vaxt ölkə olmayacaq”, - o, bildirib”.

 

“Politico” eyni zamanda, Ukraynada baş verən hadisələrə də toxunub. “Qərb liderləri Ukraynaya dəstəyə görə özlərini təqdir edərkən belə, ölkənin silahlı qüvvələrinin döyüş sursatı, texnikası və hətta əsgərləri tükənməkdə davam edir. Cümə günü Kiyevdən konfransı açan Ukrayna prezidenti Volodimir Zelenski müttəfiqləri daha çox yardım göndərməyə çağırıb. "Biz sürətlənməliyik”, deyə lider bildirib. ABŞ-ın vitse-prezidenti Kamala Harris isə Rusiyanı başqa bir cəbhədə qızışdıraraq ölkəni insanlığa qarşı cinayətlərdə ittiham edib: “Gəlin hamımız razılaşaq. İstər məlum, istərsə də naməlum bütün qurbanlar adından: ədalət bərqərar edilməlidir!”, Harris əlavə edib”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...