Müstəqillik istəyi dünya azərbaycanlılarının həmrəyliyini gücləndirdi

Müstəqillik istəyi dünya azərbaycanlılarının həmrəyliyini gücləndirdi

Azərbaycanın dövlət müstəqilliyinin bərpasına doğru gedən yolda əldə edilən ən mühüm nailiyyətlərdən biri azərbaycanlılar arasında həmrəyliyin təmin edilməsidir. 


Sfera.az xəbər verir ki, 1991-ci ilin oktyabrın 18-də dövlət müstəqilliyinin bərpasından xeyli müddət öncə azərbaycanlılar arasında müstəqillik əhval-ruhiyyəsi gücləndi, xalqımız bir çox məsələdə həmrəylik nümayiş etdirdi. 


Azərbaycanlılar arasında yaranan həmrəylik xalqımızın mənafeyinin qoruması üçün önəmli hadisə idi.


Soydaşlarımız arasında yaranan həmrəylik sonralar Azərbaycan dövləti tərəfindən də dəstəkləndi və bu, xarici ölkələrdə soydaşlarımızın təşkilatlanmasında, diaspor quruculuğunda əlverişli imkanlar yaratdı. 


Azərbaycanlılar arasında həmrəyliyi rəsmi qaydada bəyan edən ilk qərar Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verilib. "Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı 1991-ci ilin dekabrın 16-da qəbul olunub. Qərarın qəbul edilməsində o zaman Ali Məclisin sədri olan, ümummilli lider Heydər Əliyevin böyük rolu olub. Məhz onun qətiyyətli mövqeyi hesabına qəbul edilən qərarla dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilib. Sonra bu bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti də qərar qəbul etdi. Beləliklə, 1991-ci ildən etibarən Azərbaycanda hamımız üçün əziz bir bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd olunur.


Həmrəylik gününün qeyd edilməsi 1989-cu ildən başlanan prosesin nəticəsidir. Naxçıvanda Cəbubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul edilir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar. Lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. Bu münasibətlə 1989-cu il dekabrın 31-i dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Muxtar Respublikada geniş qeyd edildi. Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar.


Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarında qeyd edilir ki, 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin. Qərarda daha sonra bildirilir: "Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin. 31 dekabrın Dünya azərbaycanlılarının həmrəylik və birlik günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Ali Sovetinə təklif verilsin. Naxçıvan Muxtar Respublikasının şəhər və rayon məclislərinə tapşırılsın ki, bayram günləri demokratik təşkilatların iştirakı ilə təntənəli mərasimlər hazırlayıb həyata keçirsinlər. Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Elmlər Akademiyasının Naxçıvan şöbəsinə, Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan vilayət şöbəsinə, Xalq Təhsili Nazirliyinə tapşırılsın ki, 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik gününə həsr olunan elmi konfrans keçirsinlər. Sərhəd çəpərlərinin bərpa edilməsi qanunsuz hesab edilsin və istehkam qurğularının ləğv edilməsini təmin etmək üçün deputat komissiyası yaradılsın. Bu qərarın dünya azərbaycanlılarına çatdırılması təmin edilməsin".


Azərbaycanlıların arasında həmrəylin təmin edilməsinin önəmini 2016-cı ildə qələmə aldığı məqaləsində Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədov da qeyd edib. Həmin dövrdə N.Məmmədov Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. 


Məqalədə bildirilir ki, Azərbaycanın müstəqilliyi birbaşa millətin birliyinin təmini ilə bağlıdır. N.Məmmədov vurğulayır ki, həmin məqam Avropa milli dövlətçiliyinin inkişafında mühüm rol oynayıb: "Məsələn, Yurgen Habermas millətin formalaşmasında onun hər bir üzvünün digərini yaxından hiss etməsinin həlledici rol oynadığını vurğulayıb. Azərbaycanda Heydər Əliyev həmrəylik məsələsini məhz bu aspektdə aktuallaşdırıb. Bu, həm də yeni tarixi şəraitdə milli həmrəyliyə nail olmanın yeni üsulu kimi dərk edilməlidir".


N.Məmmədov məqalədə qeyd edir ki, həmrəylik Azərbaycan cəmiyyətində fikir müxtəlifliyinin təmin edilməsinə qətiyyən zərər verməməlidir. Plüralizm, demokratik düşüncə hüququ tam məzmunu ilə saxlanmalıdır. Ayrı-ayrı qruplar, yaxud partiyalar ölkənin siyasi gələcəyi ilə bağlı öz fikirlərini müstəqil şəkildə ifadə edə bilərlər. Bu o deməkdir ki, həmrəylik müasir tarixi mərhələdə vətəndaş cəmiyyəti və demokratik dövlət quruculuğu kontekstində gündəmə gətirilir.


Orxan


Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb;


Mövzu: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...