Prezidentin tapşırığı ilə dənizçilər üçün tikilən bina təhvil verildi - FOTOLAR
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 1980-ci ildən 1993-cü ilədək mənzil növbəsinə götürülmüş və yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan dənizçilər üçün inşa olunan yaşayış kompleksi təhvil verilib. Sözügedən sosial layihə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 9 ünvanında inşa olunub. Yaşayış kompleksi hər biri tək bloklu olmaqla 5 binadan,16 mərtəbədən, 487 mənzildən ibarətdir. Mənzillərdən 108-i birotaqlı, 227-si ikiotaqlı, 137-si üçotaqlı,15-i dördotaqlıdır.