Logo

Putin Gürcüstanla bağlı qadağanı LƏĞV ETDİ

Putin Gürcüstanla bağlı qadağanı LƏĞV ETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağa 2023-cü il mayın 15-dən götürüləcək.

Sfera.az xəbər verir ki, bununla bağlı Prezident Vladimir Putin sərəncam imzalayıb.

Sənədə əsasən, “Rusiya Federasiyasının milli təhlükəsizliyinin təmin edilməsi və Rusiya Federasiyası vətəndaşlarının cinayət və digər qanunsuz hərəkətlərdən qorunması üzrə bəzi tədbirlər haqqında” 2019-cu ilin iyunun 21-də qəbul edilən Fərman qüvvədən düşmüş hesab edilir.

Bu fərman Rusiya aviaşirkətlərinə Gürcüstan ərazisinə hava, o cümlədən kommersiya daşımaları həyata keçirməyə müvəqqəti qadağa qoyub. Həmçinin, həmin sənədlə turoperator və turagentlərə Rusiya vətəndaşlarına turizm yollayışlarının satışı qadağan edilmişdi.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR