Türkiyədə yeni təlimlər başlayıb, Azərbaycan hərbçiləri də iştirak edir - FOTO
Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “KURTARAN-2023” adlı təlimlər başlayıb. Sfera.az xəbər verir ki, təlimlərdə qardaş ölkənin Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizə Qüvvələri iştirak edirlər. Şərqi Aralıq dənizində keçirilən təlimlərə Azərbaycan və daha 15 xarici ölkədən ümumilikdə 41 hərbçi qatılır. Həmin dövlətlər arasında Avstriya, Bəhreyn, Bolqarıstan, Cənubi Koreya, Polşa, BƏƏ, Əlcəzair, İndoneziya, Cənubi Afrika, Qətər, Malaziya,