Heydər Əliyev - Yüzilin ədalət tanrısı
Böyük liderlərin həyatın bütün sferalarında - istər sosial, istər siyasi ,istərsə də sadə insanların məişətində izləri əbədi qalır. Heydər Əliyev məhz yüzilliyin ədalət tanrısı kimi hər bir azərbaycanlının həyatında izləri var.
Ədalət elə bir məhfumdur ki, onun nəfəsi olmadan nə insan, nə də dövlət yaşaya bilər. Heydər Əliyevin Azərbaycanın və azərbaycanlıların taleyinə dönüşü bizi ilahi ədalətlə tanış etdi. Məhz onun sayəsində indi müstəqil Azərbaycan vətəndaşı olmaq qürurunu yaşayırıq. Onun sayəsində yetmiş ildən çox davam edən Sovet əsarəti, daha sonra isə hakimiyyət davasına görə xalqı ölümə sürükləyənlərdən xilas olduq.
Xalqın yaddaşı - daş yaddaşıdır. Xalq hər şeyi xatırlayır. Xalqın yaddaşında isə liderlər ədalət tərəziləri ilə qalır. Ədalət tərəzisi isə hamının əlində eyni cür işləmir.
Tarixdən qısa xatırlatma :
Tarix dərsi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin təsisçisi olduğu “Xalq qəzeti”ndə 2016-cı ildə yayımlanan yazıda da, bildirilir ki, İsa Qəmbər 1992-ci il iyunun 16-da barələrində ölüm hökmü verilən 7 nəfərin bağışlanması haqqında vəsatətləri rədd edib. Həmin şəxslərin cəzası 1993-cü ilin fevralında icra edilib.
1993-cü il yanvarın 5-də daha iki məhbusun bağışlanılmasından imtina edilib. Həmin dövrdə Prezident Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy olub. Əfv olunmayan həmin şəxslər aşağıdakılar idi:
1.Boqdanov Roman Yeqoroviç
2. Salman Fərmanov
Ümumilikdə, bağışlanılması üçün barələrində müraciət edilən doqquz məhbusun səkkizi güllələnib, doqquzuncu şəxs isə hökmün icrasına qədər vəfat edib.
Qeyd edək ki, ölüm cəzası hazırda qüvvədə olmayan Cinayət Məcəlləsində müstəsna cəza tədbiri kimi nəzərdə tutulurdu.
Daha bir tarixi xatırlatma: Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirib. Bu tarixi bəyanatın zəruriliyini əsaslandırıb. Milli Məclis dövlət başçısının ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləyib və 1998-ci il fevralın 10-da bu tarixi qərarı qəbul edib. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşmüşdür. Ulu öndər ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirib.
Amnistiya - Müstəqil həyat bəxş edən lider: 1995-2003-cü illər ərzində Ümummilli Lider Heydər Əliyev tərəfindən ümumilikdə 3104 məhkuma şamil edilməklə, 32 əfv fərman və sərəncamı imzalanıb. Eyni zamanda, Ulu Öndər Heydər Əliyev Azərbaycanda amnistiya aktlarının qəbulunu da mütərəqqi ənənəyə çevirmiş və onun təşəbbüsü ilə 7 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları 77 mindən artıq insana şamil olunmuş və nəticədə həbsdən azad edilmiş insanlar ailələrinə və cəmiyyətə qovuşub.
Heydər Əliyev ədaləti demək - insan həyatının dəyərlilyi demək idi.
Milli hüquq
Dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.
Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi cox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir.
"Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik"
Yeni polis:
Heç şübhəsiz ki , doxsanıncı illərin əvvəllərində ki hərc-mərclik, siyasi çaxnaşmalar, qeyri-sabitlik dövlətin və vətəndaşın taleyini məhvə aparırdı. Heydər Əliyev ədalətinin şəfəqləri ölkəmizin üzərinə düşdükdən sonra Azərbaycandakı ictimai həyat məhz hüquq-mühafizə orqanlarının sayəsində bərqərar oldu. Polisin fasiləsiz fəaliyyəti, anti-terror əməliyyatlarının müstəsna rolu vətəndaş və polis arasındakı Sovet uçurumunu da yox etdi. Polis, hazırda "qarşı tərəf" deyil, vətəndaşla eyni cərgədə dövlət üçün addımlayan sarsılmaz qüvvədir.
Müstəqil Azərbaycan vəkilliyinin müəllifi Heydər Əliyev
Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin rəhbərliyi ilə bu sahədə aparılan islahatların davamlılığı, qəbul edilən qanunlar vəkillik peşəsinin inkişafı üçün atılan vacib addımlar idi. Heydər Əliyevin sayəsində vəkillik layiq olduğu münasibətə çata bildi. Vəkilliyin nüfuzu artdı , vəkillər peşə məsuliyyətini daha dərindən anladı.
Ulu öndərə qədər hüquq fakültəsində təhsil alan gəncliyin arzusu prokuror, hakim idisə, yüksələn vəkillik nüfuzu sayəsində indi həm də vəkillik peşəsidir.
Dahi lider gözəl anlayırdı ki, vəkillik peşəsi ədalətin məhəng daşıdır, onurğa sütunudur. Bu sahə nə qədər möhkəm olarsa, ədalətin zəfər çalması daha çox asanlaşar.
Hazırda müstəqil Azərbaycanın hər bir vəkili Ulu öndərin islahatları nəticəsində rahat və prinsipal fəaliyyət sahibi olaraq fəxr hissi duyur. Təməlini Heydər Əliyevin qoyduğu bu islahatların ardıcıllığı nizamlı şəkildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.
Yazımı böyük liderin kəlamı ilə bitirirəm. Çünki düha sözündən sonra artıq şərhə ehtiyac yoxdur.
Onun hər kəlamı tarixi idi : Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.
Mehman Muradlı
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun direktoru






