“Bu, ölkəm üçün faydalıdır...” – Erməni deputat Azərbaycanla sərhədlərin açılmasını dəstəklədi
"Türkiyə ilə sərhədlər açılsa, Ermənistan Azərbaycanla da açıq sərhədlər şəraitində iqtisadi fayda əldə edəcək". Sfera.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının deputatı Xaçatur Sukiasyan deyib. Millət vəkili qeyd edib ki, əvvəlki kimi Ermənistan-Türkiyə sərhədlərinin açılmasının və iki dövlət arasında münasibətlərin normallaşmasının tərəfdarı olaraq qalır. Siyasətçi mövqeyini onunla izah edib ki, Ermənistan bütün qonşu ölkələrlə - Gürcüstan, İran, Türkiyə