Logo

"Bizi yavaş-yavaş ayırmağa çalışırlar..."  - Lukaşenkodan HƏYƏCAN TƏBİLİ

"Bizi yavaş-yavaş ayırmağa çalışırlar..." - Lukaşenkodan HƏYƏCAN TƏBİLİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“MDB ətrafında hərbi-siyasi vəziyyət getdikcə daha da gərginləşir və bundan sonra da gərginləşəcək”.

Sfera.az bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşündə bildirib.

“Anlamalıyıq ki, ətrafımızdakı böyük oyunçular bizi yavaş-yavaş bir-birimizdən ayırmağa çalışırlar. Buna imkan verməməliyik. Biz NATO ölkələrinin artan hərbiləşməsi və qoşunların ümumi ərazimiz yaxınlığında görünməmiş cəmləşməsini, münaqişələrin qızışdırılmasını görürük. Bu gün əsas təhlükələrdən biri informasiya-psixoloji təsir, bilərəkdən yalan, saxta məlumatların yayılmasıdır. Bu cür hərəkətlərin məqsədi dövlətlərin beynəlxalq aləmdə nüfuzunu sarsıtmaqdır”, - o qeyd edib.

Xatırladaq ki, bu gün Minskdə MDB Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 52-ci iclası keçirilir.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR