Sabiq səfirin qardaşı yüksək vəzifəyə təyin edildi
Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin rəhbərliyinə müvəqqəti təyinat olub.
Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Baş İdarəsinə rəhbərlik müvəqqəti olaraq DMX-nın Təşkilat-nəzarət baş idarəsinin rəisi 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Anar Xudiyevə həvalə olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanla Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ləğv edilib. Bu səbəbdən , Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev və xidmət rəisinin müavini, miqrasiya xidməti müşaviri Elnur Məmmədovun vəzifələri ləğv olunub.(APA)
Anar Xudiyev Azərbaycanın Ukraynadakı sabiq səfiri Azər Xudiyevin qardaşıdır.(Editor.az)






