Brüssel görüşü: Əliyev Paşinyandan nə tələb edə bilər?
Əliyev və Paşinyanın gündəliyi bəlli olan Brüssel görüşündən gözləntilər böyk olmasa da, İrəvanın qarşısında yeni tələblərin qoyula biləcəyi də istisna deyil. Bu, sülh sazişi üzrə niyyət protokolunun, yaxud bəyannamənin imzalanması ola bilər. Kiçik ehtimaldır, lakin müəyyən məqamlar diqqəti bu gözləntiyə çəkir: - Prezident İlham Əliyev görüşdən öncə bəyan etdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanıyıb, lakin bu, kağız üzərinə də keçməlidir; - İndiyə qədər tərəflərin imzaladığı