Brüssel görüşü: Əliyev Paşinyandan nə tələb edə bilər?

Brüssel görüşü: Əliyev Paşinyandan nə tələb edə bilər?

Əliyev və Paşinyanın gündəliyi bəlli olan Brüssel görüşündən gözləntilər böyk olmasa da, İrəvanın qarşısında yeni tələblərin qoyula biləcəyi də istisna deyil. Bu, sülh sazişi üzrə niyyət protokolunun, yaxud bəyannamənin imzalanması ola bilər.
 

Kiçik ehtimaldır, lakin müəyyən məqamlar diqqəti bu gözləntiyə çəkir:
 

- Prezident İlham Əliyev görüşdən öncə bəyan etdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanıyıb, lakin bu, kağız üzərinə də keçməlidir;
- İndiyə qədər tərəflərin imzaladığı yeganə sənəd Rusiyanın vasitəçiliyi ilə baş tutub, hərçənd, son illər Qərb vasitəçilikdə daha aktualdır, xüsusilə Brüssel formatı artıq ənənəyə çevrilib: Avropa İttifaqı artıq prosesin rəsmi formada sənədləşməsini istəyə bilər, bu həm konkret nəticələrin əldə edilməsi, həm də Rusiyaya qarşı alternativ platformanın gücləndirilməsi baxımından lazımlıdır;
 

Əliyevin üçtərəfli danışıqlardan öncə Brüsselə səfəri və Şarl Mişellə 3 saat davam edən görüşü də bu kontekstdə diqqət çəkir. Üçtərəfli danışıqların yeni mərhələyə daşınması üzərində müzakirələr aparıldığı ehtimalı istisna deyil.


Ermənistanın razılaşmayacağı aydındır, Xankəndində separatçıların təşkil etdiyi mitinq də buna hesablanıb. Paşinyan “Bakı-Xankəndi formatı”, “beynəlxalq mexanizm” kimi məsələlər üzərində dayanacaq, Laçın postunun açılmasında israr edəcək. Xankəndindəki aksiya ona “ermənilər reinteqrasiya etmək istəmir”, “Laçın postunun açılması tələbi var” demək imkanı yaradır. Bu baxımdan, aksiyanın Ermənistan hakimiyyətinin sifarişi olduğunu deyə bilərik və gün ərzində bu fikri gücləndirən məqamlar da ortaya çıxdı.
 

1. Separatçıların mitinqində sülhməramlılar, BQXK ittiham edilsə də, Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Nikol Paşinyanın əleyhinə heç nə deyilmədi;
2. Mitinqdə əsas fikirlər Laçın postunun açılması, yüklərin keçidinə icazənin verilməsi oldu;
3. Eyni tələblə BQXK-nın İrəvandakı ofisinin önündə də aksiya təşkil edildi və iştirakçılar müxalifət yox, “ictimi fəallar” idi;
 

Aydın görünür ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa da, bunun kağız üzərində rəsmiləşməsinə qarşıdır. Bu situasiya regiona hərbi gərginlik vəd edir.

Asif Nərimanlı


OXŞAR XƏBƏRLƏR

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən x...