“Seçkilərdə İlham Əliyevi dəstəkləyəcəyəm!” - Rəsulzadənin nəvəsi mövqeyini AÇIQLADI
Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin - hazırkı Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin, BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin, "Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək" İctimai Birliyinin sədri Fuad