“Bu görüş gərginliyin yaranmasına gətirib çıxaracaq” - İlham Əliyev
Xəbər verdiyimiz kimi, bu gün ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Sfera.az-ın məlumatına görə, söhbət əsnasında Prezident İlham Əliyev bildirib ki, onun qənaətinə görə aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə