Azərbaycanın dövlətçilik tarixi və mədəniyyətinin təbliği ilə bağlı hansı işlər görülür?
Bildiyimiz kimi, Azərbaycan özünəməxsus qədim maddi və mənəvi irsi, dəyərləri olan bir ölkədir. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsidir. Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, tarixinə, eləcə də milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində bu günədək milli özünəməxsusluğunu qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, xalqımız tərəfindən əsrlər boyunca yaradılan və yaşadılan milli-mənəvi