"ABŞ Ukraynaya nəzərdə tutulan silah-sursatı hələ göndərməyib" - Şmıqal
"ABŞ Konqresinin Ukrayna üçün təsdiq etdiyi hərbi yardım hələ gəlib çatmayıb". Sfera.az "CBC" telekanalına istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal bildirib. “Biz hələ də onların Ukraynada olduğunu təsdiq edə bilmərik, lakin biz bu sursatları, zenit sistemlərini və raketləri, digər hərbi texnikanı, xüsusən də uzun və orta mənzilli texnikanı gözləyirik”, - Şmıqal əlavə edib. Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl bildirib ki, onlar Qərb ölkələrindən hərbi