Robert Simoniç: "Azərbaycan və Slovakiya qarşılıqlı ticarət dövriyyəsini artırmağa davam edəcəklər"
Slovakiya hazırda Azərbaycana ildə 8 milyon avro dəyərində mal ixrac edir, 1 milyon avro dəyərində idxal edir. Sfera.az xəbər verir ki, bunu Slovakiyanın İnvestisiya və Ticarətin İnkişafı üzrə Agentliyinin rəhbəri Robert Simoniç Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda deyib. “Bununla belə, yeni sazişlər imzalanacaq və bu, ölkələrimiz arasında ticarət həcmini artıracaq”, - nazir bildirib. Onun sözlərinə görə, Slovakiya enerji, İKT, elektronika istehsalı, avtomobil sənayesi, kosmik