Tarix dərsi: Bəşər Əsəd rejiminin çöküşü Suriyanın qurtuluşu ola bilərmi? -Fərid Şahbazlı yazır
Çox qısa – iki həftədən də az bir müddətdə çürük Suriya rejimi çökdü. Suriya xalqı Bəşər Əsəd və atası Hafiz Əsədin təqribən yarım əsrlik dövrünü tarixin xarabalaqlarına gömdü. Əsədin tərəfdarları – İran, Rusiya, “Hizbullah” zəiflədiyindən ona dəstək verə bilmədilər. Və o, arxasında çox ağır bir sosial, iqtisadi, mənəvi miras buraxaraq Rusiyaya qaçdı… Bəşər Əsəd 2000-ci ildən Suriyanı idarə edirdi. O, 2011-ci ildə ölkədəki dinc etirazları vəhşicəsinə yatıraraq, yarım milyondan çox insanın