NATO 10 min hərbçi ilə təlimə başladı
NATO Almaniyada “Steadfast Dart 26” adlı genişmiqyaslı hərbi təlimə start verib. Sfera.az xəbər verir ki, təlimdə NATO-nun 11 üzv ölkəsi - İtaliya, Yunanıstan, Almaniya, Çexiya, İspaniya, Litva, Bolqarıstan, Türkiyə, Fransa, Belçika və Böyük Britaniyadan ümumilikdə 10 min hərbçi iştirak edir. Təlimə quru qoşunları, hava qüvvələri, hərbi dəniz qüvvələri, həmçinin kosmik və kiber bölmələr cəlb olunub. Manevrlərdə 1500-dən çox hərbi nəqliyyat vasitəsi, o cümlədən döyüş tankları və raket buraxılış