Qəbələdə dünyanın tanınmış siyasətçilərinin iştirakı ilə beynəlxalq tədbir keçirilir
Bu gün Qəbələ şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə X Yüksək Səviyyəli Toplantı işə başlayıb. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə 20 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 50-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı iştirak edir. İştirakçılar arasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Madrid Klubunun prezidenti,