Trampın müşaviri: “Rusiyaya qarşı sanksiyaların götürülməsi perspektivlərindən danışmaq tezdir”
Siyasət
00:53 / 13.12.2016
1600
Rusiyaya qarşı sanksiyaların götürülməsi perspektivlərindən danışmaq tezdir.
APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ yeni seçilən prezidenti Donald Trampın müşaviri Karter Peyc Moskvada keçirdiyi mətbuat konfransında bəyan edib.
"Düşünürəm ki, Rusiyaya qarşı sanksiyaların götürülməsi perspektivlərindən danışmaq hələ tezdir. Buna baxmayaraq, ABŞ-Rusiya münasibətlərinin perspektivinə nikbin baxıram. Bunun üçün sədaqətli tərəfdaş olmaq və təsir dairələri uğrunda mübarizə aparmağa son qoymaq lazımdır. Təhlükəsizliklə bağlı problemlərlə yanaşı diqqətimizi iqtisadiyyat məsələlərinə yönəldə bilsək, tezliklə uğur əldə edə bilərik”, deyə K.Peyc bildirib.