Səməd Seyidov və Sabir Hacıyev AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər

Səməd Seyidov və Sabir Hacıyev AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün dekabrın 13-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.  

APA-nın Milli Məclisin saytına istinadən verdiyi xəbərə görə, qurumun Siyasi işlər və demokratiya komitəsində Avropada  təhlükəsizliyin təmin edilməsi və regionda stabillik üçün risklər, hökumət dairələrində korrupsiya ilə mübarizə, Livanda vəziyyət, Misirdə siyasi durum, yeni məruzəçilərin təyin edilməsi məsələləri ilə bağlı fikir mübadiləsi keçiriləcək. 

Monitorinq komitəsinin yığıncağında prosedur qaydaların təkmilləşdirilməsi, Ukraynada demokratik institutların fəaliyyəti, Türkiyə ilə dialoq,  Gürcüstanda və Moldovada keçirilmiş parlament və prezident seçkilərinin nəticələrinə dair müzakirələr aparılacaq. 

Millət vəkilləri bu tədbirlərdə qaldırılan məsələlərə öz münasibətini bildirəcək, rəy və təkliflərini verəcəklər.

Səfər dekabrın 16-da başa çatacaq.


OXŞAR XƏBƏRLƏR

Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO

Bakıda daha bir yolun çökmək təhlükəsi var.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.   Görüntülər Bakının ...

Ədliyyə Nazirliyindən şikayət: "Fərid Əhmədov icra orqanlarını sifarişlə işlədir"

Ədliyyə Nazirliyinin icra şöbələrində yüksək vəzifəli şəxslərin şəxsi əlaqələrindən sui‑istifadə hallarına rast gəlinib.   Sfera.az-a daxil olan şika...

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər verir ki, Füzuli Bey...

Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri çərçivəsində çoxşaxəli əməkdaşlıq dərinləşir

İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin daha da dərinləşdiyinin bariz nümunəsidir. ...

“Barselona” “İnter”in üzvünü TRANSFER EDİR

"İnter"in müdafiəçisi Denzel Dumfris karyerasını İspaniyada davam etdirə bilər.    Sfera.az xəbər verir ki, niderlandlı müdafiəçi...

Makron: "İrəliləyiş yoxdur"

Fransa Prezidenti Emmanuel Makron Ukrayna-Rusiya münaqişəsinin nizamlanmasına dair aparılan diplomatik cəhdlərdə irəliləyiş olmadığını bildirib.   Sf...