Lənkəranda çəltik zavodunun açılışı olub
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkəranda "Cənub-Aqro” MMC-nin çəltik sahələrinə baxıb və çəltik zavodunun açılışını edib. APA-nın xəbərinə görə, dövlət başçısına bildirildi ki, Girdəni kəndindəki bu çəltik təsərrüfatının ümumi sahəsi 225 hektardır. Hazırda 35 hektar sahədə əkin aparılıb. Gələcəkdə çəltik sahəsinin 27,5 hektar genişləndirilməsi nəzərdə tutulub. Bundan başqa, müəssisənin Şiyavar kəndində də çəltik sahəsi mövcuddur. Azərbaycan Prezidentinə çəltik əkininin