Türkiyədə 10 general rütbədən məhrum edildi: 922 nəfərə ağır cəza

Türkiyədə 10 general rütbədən məhrum edildi: 922 nəfərə ağır cəza
 Türkiyə Hərbi Hava Qüvvələrinin 10 generalı ordu sıralarından ixrac edilib. "Qaynarinfo" xəbər verir ki, bu barədə qərar "Rəsmi Qəzet"də dərc olunub.

Hərbi Hava Qüvvələrimndən kənarlaşdırılan generalların adları açıqlanmayıb. Onlar terror qruplaşmalarına və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərən təşkilatlara üzv olmaqda və ya onlarla əməkdaşlıqda ittiham edilib. Həmin şəxslərin rütbələri və təqaüdçü vəsiqələri alınıb, bir daha ordu sıralarında qulluq edə, silah gəzdirə, xüsusi təhlükəsizlik şirkətlərinin qurucusu, şəriki və işçisi ola bidməz.

Bu gün "Rəsmi Qəzet"də dərc olunan qərarda bildirilir ki, ümumilikdə 922 nəfər ordu və ictimai sektordan uzaqlaşdırılıb. Onlar terror təşkilatlarına və milli təhlükəsizliyə qarşı faliyyət göstərən qruplaşmalara üzv olmaqda, onlarla əməkdaşlıq etməkdə günahlandırılıblar. Bu şəxslərin rütbə və vəsiqələri əlindən alınacaq, bu günə qədər çalışdıqları təşkilatlarda yenidən işləyə bilməyəcək, heç bir vəzif tuta bilməyəcəklər. Onlar həmçinin yaşadıqları dövlət mənzillərindən 15 gün müddətində çıxarılacaq, silah və vəsiqə daşımaq hüquqları əllərindən alınacaq.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...