ABŞ müdafiə naziri: “Ukraynaya silah verməyi nəzərdən keçiririk”

ABŞ müdafiə naziri: “Ukraynaya silah verməyi nəzərdən keçiririk”
 ABŞ müdafiə naziri Ceyms Mettis Ukraynaya müdafiə təyinatlı letal (öldürücü) silahların verilməsini nəzərdən keçirdiklərini açıqlayıb.

APA-nın Ukrayna saytlarına istinadən verdiyi xəbərə görə, nazir Ukraynaya səfərinin yekunları əsasında bu barədə ABŞ rəhbərliyinə tövsiyələr təqdim edəcəyini bildirib: "Müdafiə məqsədli letal silahlardan söhbət gedirsə, biz bu məsələni nəzərdən keçiririk. Mən indi qayıdıram və burada gördüklərim, öyrəndiklərim barədə sözsüz ki, ölkə rəhbərliyini məlumatlandıracağam. Mən çox konkret şeylər barədə tövsiyə verəcəyəm ki, onlar həyata keçirilsin”.

Nazir artıq Ukraynaya 175 milyon dollar dəyərində hərbi texnikanın göndərilməsi barədə qərarı təsdiqlədiklərini söyləyib.

Ukrayna prezidenti Pyotr Poroşenko isə bu məsələnin sakitlik tələb etdiyini vurğulayıb: "Mən bu gün bu məsələni şərh etmək istəməzdim. Lakin onu deyə bilərəm ki, müzakirələrdən məmnunam”.

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Stepan Poltorak tank əleyhinə və hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyduqlarını açıqlayıb.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...