Səfil Orduxana... - "Görmürsə, yazıq özünə və görməyən gözünə"
Mənə görə bu gün ermənilər kimdirsə, Orduxan da odur Ordan başlayım ki, bu başlıqda təhqir yoxdur. Səfil o adamdır ki, evi var, evinə yığışmır. Vətəni var, vətənsizdir. Ailəsi var, ondan imtina edib. Sanballı, maddi yox mənəvi sanballı, şəxsiyyətli çevrəsi olduğunu düşünür, amma elə deyil. Bir sözlə adam səfildi, səfil. Orduxanı deyirəm, bizim Orduxanı. Heç əsəbiləşib eləməyin, o təkcə bizim deyil, həm də sizindir, bütün azərbaycanlıların. Di gəl bircə məqam var, sapı özümüzdən olan baltadır.