Logo

Orduxan və “dostları” Bakıya gətirilə bilər – Onları da Lapşinin aqibəti gözləyir

Orduxan və “dostları” Bakıya gətirilə bilər – Onları da Lapşinin aqibəti gözləyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Orduxan Bəbirov, Məhəmməd Mirzəli və Tural Sadıqlı. Bu adların xüsusi bir təqdimata ehtiyacı yoxdur. Artıq bu ölkədə çox adam bilir ki, onlar vətinini satan, dövlətinin maraqlarını 3-5 dollara qurban verəcək qədər şərəfsiz və tərbiyyəsiz küçə uşaqlarıdır. Bu adamlar, Azərbaycandakı internet azadlığından sui-istifadə edərək sosial şəbəkələrdə dövlətimizə qarşı qarayaxma kampaniyaları aparır, Prezidenti və onun ailə üzvlərini təhqir etmək kimi cinayət əməllərinə tol verirlər. Hansı səbəbdən bu yola düşdükləri aydındır. Erməni lobbisi tərəfindən maliyyələşdirilən təşkilatların sifarişi Orduxan kimi şərəfini də pula satmış aşağılığa hər şeydən üstündür. Bu adamlar Azərbaycana qarşı fəaliyyət göstərmək öhdəliyi götürüb və bu gün də məhz bu öhdəliyə uyğun olaraq dövlətimizə qarşı çirkin oyunlar qurur, dövlət başçısının dünyadakı nüfuzuna xələl yetirməyə çalışırlar. Bununla yanaşı, onlar Azərbaycan xalqının da ünvanına təhqir dolu ifadələr dilə gətirir, insanları küçələrə çıxıb ixtişaşlar törətməyə səsləyirlər. Bütün bunlar isə ağır cinayət məsuliyyəti yaradan əməllərdir.

Orduxan və “dostları” Bakıya gətirilə bilər – Onları da Lapşinin aqibəti gözləyir

Əlbəttə, Azərbaycan vətəndaşları Orduxan kimi ləyaqətsiz adamların çağırışlarında heç bir əsas görmür və onun fikirlərinə açıq etirazlarını bildirirlər. Lakin qanun da öz sözünü deməlidir. Heç bir halda imkan vermək olmaz ki, bu qədər cinayət tərkibli davranışlara yol verən xain xislətli adamlar məsuliyyətdən yayınsınlar. Düzdür, onlar Avropa ölklərində yaşadıqlarından hələlik onların Azərbaycanda məhkəmə qarşısında dayanmasını təmin etmək çətindir. Lakin mümkünsüz də deyil.

Sfera.az Missiya.Az-a istinadən bildirir ki, millət vəkili Fazil Mustafa həmin şəxslərin Azərbaycana gətirilməli olduqlarını hesab edir.

Orduxan və “dostları” Bakıya gətirilə bilər – Onları da Lapşinin aqibəti gözləyir

Onun fikrincə, onların cəzalandırılması üçün mühacirlərin sığındığı ölkələrin hüquq-mühafizə orqanları ilə qarşılıqlı razılıq əldə olunmalıdır:

"Azərbaycan hakimiyyətinə qarşı təhqiredici fikirlər səsləndirən mühacirələrin Azərbaycana gətirilməsini həmin şəxslərin olduğu ölkələrin hüquq mühafizə orqanları ilə müzakirə etmək olar. Həmin dövlətlərlə qarşılıqlı razılaşma varsa, Azərbaycanda cinayət işi qaldırılıb, həmin ölkələrə göndərilə bilər. Bunun üçün həmin ölkələrin hüquq-mühafizə orqanlarına konkret əsaslandırılmış təhqir motivli çıxışlar göndərilməlidir. Sonra Azərbaycan tərəfi təhqirə yol verən şəxslərin ölkə gətirilməsini  və istintaqa ifadə verməsini tələb edə bilər. Amma sosial şəbəkələrdə bu insanlara qarşı hər hansı tədbirlərin görülməsi üçün hüquqi mexanizm yoxdur. Söhbət əlbəttə ki, təhqirdən gedir. Tənqid hər kəsin hüququdur.  Tənqidə görə hər hansı hüquqi məhsuliyyət tələb olunmur”.

Fazil Mustafa bildirib ki, onların birdən-birə fəallaşmasının səbəbləri müxtəlifdir:

"Mən dəqiq səbəbləri bilmirəm. Amma ola bilər ki, erməni lobbisinin təsiri ilə belə çıxışlar edirlər. Həmçinin yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının maraqlarını da təmsil edə bilərlər”.

Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Daxildə və xaricdə Azərbaycanın milli maraqlarına qarşı çıxan hər bir şəxs gec-tez cəzasını alır. Buna biz yaxın tarixdə şahidlik etmişik. Yada salaq ki, Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edən, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin "müstəqilliyi"ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan bloqqer Aleksandr Lapşin fevralın 7-də Belarus Respublikasından Azərbaycan Respublikasına ekstradisiya edilib. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb. İyulun 20-də isə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Orduxan və “dostları” Bakıya gətirilə bilər – Onları da Lapşinin aqibəti gözləyir

Beləliklə, Azərbaycan prezidentinin nüfuzu və səyi nəticəsində ölkəmiz əleyhinə kompaniyalarda iştirak edən Lapşin qısa müddət ərazində öz cəzasını aldı. Deməli, Orduxan və onun başının dəstəsinin də ölkəyə gətirilməsinə ancaq vaxt məsələsi kimi baxmaq lazımdır.

Dövlət hər bir vətəndaşı üçün açıq müzakirə mühiti yaradıb. Bu şansdan sui-istifadə etmək olmaz. Təhqir bütün dünyada cinayət məsuliyyəti yaradır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR