Logo

Zakir Həsənov Minskə getdi

Zakir Həsənov Minskə getdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfərə gedib.

Sfera.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, belaruslu həmkarı, general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycanın müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılır.

Bundan əlavə, Z. Həsənovun Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi də nəzərdə tutulub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR