“Azərbaycan Qarabağda tammiqyaslı müharibəyə başlayacaq”-Erməni hərbi ekspert
"Hər şey ona doğru gedir ki, bu ilin yazında və ya yayda, hava şəraiti imkan verəndə Bakı Qarabağda tammiqyaslı müharibəyə başlayacaq”. Belə narahatlıqla erməni hərbi ekspert Van Ambarsumyan news.am-a açıqlamasında çıxış edib. Onun iddiasına görə, 2018-ci ilin aprelindən bəri Azərbaycan təmas xəttinə quru qoşunlarını cəmləşdirib. "Durmadan belə xəbərlər daxil olurdu ki, Azərbaycan Silahlı Qüvvələri təmas xəttinə quru qoşunlarının hərbi texnikasını, yedəyə alınan artilleriyadan tutmuş özüyeriyən