Politoloq: “Trampın qərarları seçkiqabağı bəyanatlarını təsdiq edir”
11:51 / 28.12.2018
2690
Politoloq Fikrət Sadıxov deyir ki, ABŞ qüvvələrinin Suriyadan çıxarılması onun bəyanatlarını təsdiq edir
"ABŞ bundan sonra dünya jandarmı olmayacaq”. Bunu ABŞ prezdenti Donald Tramp Bağdadın yaxınlığındakı ABŞ hərbi bazasında hərbçilərlə görüşü zamanı deyib.
Politoloq Fikrət Sadıxov deyir ki, Trampın seçki qabağı kampaniyasında da bu fikirlər səslənirdi:
"O dəfələrlə demişdi ki, ABŞ qoşunları bir sıra regionlardan çıxmalıdır. Düzdür bunları riotik bəyanat kimi də qəbul edirdilər. Ancaq ABŞ qüvvələrinin Suriyadan çıxarılması onun bəyanatlarını təsdiq edir. Tramp anlayır ki, Suriyada ABŞ əsgərinin qanının tökülməsi ölkənin strateji maraqlarına cavab vermir. Həmçinin ABŞ-ın daxilində gedən proseslərin tənzimlənməsi üçün siyasi addımların atılması isə daha tez, müəyyən bir uğura nail olmaq olar”. Sputnik Azərbaycan