“Ermənistan rəhbərliyi bizi təxribata çəkir”
"Prezident İlham Əliyevin son çıxışından aydın olur ki, Azərbaycan tərəfi düşmənin bütün məkrli niyyətini və potensial hücum hədəflərini, hərəkət istiqamətlərini, güclü-zəif tərəflərini dəqiqliyi ilə bilir, ona uyğun da geniş əks-əməliyyat tədbirləri hazırlayıb”. Sfera.az xəbər verir ki, bunu tədqiqatçı-jurnalist Elxan Şükürlü deyib. O, Azərbaycanda müharibə məsələsinə baxışda hakimiyyətlə xalq arasında həmrəylik olduğunu bildirib: "Görünən odur ki, müharibədən başqa yolumuz qalmayıb.