Güc strukturlarında, xüsusilə də orduda smartfon tipli telefonların istifadəsi dövlət təhlükəsizliyinə ziddir
Müasir informasiya texnologiyalarının sürətlə inkişafı həyatımıza bir sıra imkanlar, üstünlüklər verməklə yanaşı, yeni təhlükələrin meydana gəlməsinə səbəb olur. Xüsusilə də, ölkənin təhlükəsizliyi məsələsində. "MediaPost” məlumat verir ki, hərbi qulluqçulara və hərbi sahəyə cəlb olunmuş digər şəxslərə hərbi hissələrin ərazisində, poliqonlarda, hərbi şəhərciklərdə, səhra təlimlərində smartfon tipli telefonlar, planşetlər, internetə çıxışı olan və kənar şəxslərə hərbi qulluqçunun olduğu yer