Prezident müxalifətin dəstəyindən danışdı
"Mən bu günlərdə bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik olan insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər". Sfera.az xəbər verir ki, bu sözləri Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində söyləyib. Dövlət başçısı deyib: "Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu,