Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verdi

Siyasət
18:50 / 09.11.2020
2574
"Azərbaycan Respublikası Prezidenti BBC Xəbər Agentliyinə müsahibəsində növbəti dəfə Azərbaycanın beynəlxalq hüquqa və BMT TŞ-nin qətnamələrinin tələblərinin həyata keçirilməsinə əsaslanan mövqeyini açıqlayıb, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki ermənilərin Azərbaycanın vətəndaşları kimi qəbul olduqlarını və müharibənin buradakı erməni əhalisinə deyil, qanunsuz xunta rejiminə qarşı aparıldığını bir daha vurğulayıb”.
Sfera.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Ermənistan XİN-in Azərbaycan Respublikası Prezidentinin BBC Agentliyinə müsahibəsinə dair açıqlaması ilə bağlı şərhində bildirilib.
"Azərbaycan dövlət başçısının kifayət qədər aydın şəkildə ifadə etdiyi fikirlərinin təhrif edilməsi Ermənistan XİN-in beynəlxalq ictimaiyyəti yanıltmaq üçün növbəti uğursuz cəhdidir.