Rusiya Azərbaycanın helikopterlə bağlı üzrxahlığını müsbət qəbul etdi

Siyasət
01:42 / 10.11.2020
2041
Moskva Bakının Mİ-24 helikopteri ilə bağlı məsələdə öz təqsirini dərhal etiraf etməsini müsbət qiymətləndirir.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Qeyd edək ki, dünən saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılıb.