İlham Əliyev Müstəqillik Günü haqqında qanunu təsdiq etdi
Prezident İlham Əliyev Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Sfera.az xəbər verir ki, sənəddə deyilir: "1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət