Logo

Fərid Qayıbov GUAM-ın baş katibi ilə görüşdü

Fərid Qayıbov GUAM-ın baş katibi ilə görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gənclər və idman naziri Fərid Qayıbov GUAM-ın (Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat) baş katibi Altay Əfəndiyevlə görüşüb.

Nazirliyin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, görüşdə bu təşkilata üzv ölkələr arasında dövlət gənclər siyasəti və idman sahəsində əməkdaşlığın mümkünlüyü məsələləri müzakirə edilib.

Fərid Qayıbov bildirib ki, beynəlxalq müstəvidə bir-birini dəstəkləyən və həmrəyik nümayiş etdirən ölkələrin gənclər sahəsində təcrübə mübadiləsi, eləcə də birgə idman təlim-məşq toplanışlarının və digər tədbirlərin təşkili bütün tərəflər üçün faydalı olacaq.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə GUAM-a üzv ölkələrin gənclər siyasəti və idmana məsul dövlət qurumları arasında qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR