Logo

"Vəzifəyə gələn kimi işçilərdən ərizə yığır, savadlı kadrları uzaqlaşdırırlar" - Deputatdan yeni nazirlərə etiraz

"Vəzifəyə gələn kimi işçilərdən ərizə yığır, savadlı kadrları uzaqlaşdırırlar" - Deputatdan yeni nazirlərə etiraz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Vəzifəyə yeni təyin olunan nazirlərdən çox şikayət alıram, onlar  təyin olunan kimi işçilərdən ərizə yığırlar".

Sfera.az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında səsləndirib.

Deputat yeni təyin edilən  məmurların özbaşınalığından danışaraq bu kimi halların bir sıra qurumlarda baş verdiyini deyib:

"Yeni təyin olunan məmurlar vəzifəyə gələn kimi hamıdan ərizə yığıb, həmin şəxsləri 10-15 gün edam hökmünə məruz qalan kimi gözlədir. Kütləvi şəkildə vəzifəyə öz adamını yerləşdirmək üçün  vəzifədən savadlı kadrların uzaqlaşdırması doğru deyil. Bu istiqamətdə tədbirlər görülməlidir".

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR