“Rusiya sərhədin 1920-ci il xəritəsi ilə çəkilməsini istəyir” – Şərh
"Rusiya Prezidenti Vladimir Putin Valday forumunda çıxış edərkən, Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi üçün xəritələrin Rusiya Baş Qərargahının arxivində olduğunu bildirmişdi. Bu məsələsə Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib. İddia edilir ki, Rusiya 1920-ci il xəritələrini nəzərdə tutur, Azərbaycanda isə hələ ki, böyük ajiotaj yaratmasa da, müzakirələr ən uc nöqtələrdə gedir: hakimiyyətə yaxın media və rəsmilər hər şeyi ağ rəngdə, özünə müxalifət deyən marginallaşmış