Nikol Paşinyan: “Dağlıq Qarabağın statusu məsələsi yoxdur”
Kateqoriya məlum deyil
Ermənistanın baş naziri Nikol Paşinyanın 19 oktyabr 2020-ci il tarixində müxalif Daşnaksütyun partiyasının parlamentdənkənar rəsmiləri ilə görüşünün bəzi detalları sızıb.
Sfera.az xəbər verir ki, bu barədə "Hayastan” (Ermənistan - Red) blokundan deputat seçilən İşxan Saqatelyan məlumat verib.
Görüşün gərgin keçdiyini diqqətə çatdıran Saqatelyan Paşinyanın "status varmı” sualına cavabının "yox” olduğunu deyib:
"Paşinyan müşavirəyə "vəziyyət ağırdır, itkilərimiz çoxdur” sözləri ilə başladı. Soruşdum ki, heç olmasa status məsələsi (Dağlıq Qarabağ) varmı, o, "yox” cavabını verdi. Bildirdi ki, vəziyyət belədir və ondan əvvəlki rəhbərlik yaxşı miras qoymayıb”.






