Logo

Blinkenin köməkçisi Bakıya gəlir

Blinkenin köməkçisi Bakıya gəlir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Dövlət katibinin müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Erika Olson Ermənistan, Azərbaycan və Gürcüstana səfəri bu gün başlayır.

Sfera.az xəbər verir ki, bu məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi yayıb.

Noyabrın 2-4-dək davam edəcək səfər zamanı diplomat hər üç ölkənin rəsmi şəxsləri ilə görüşəcək. O, Cənubi Qafqazda regional əməkdaşlıq və ikitərəfli əlaqələrlə bağlı müzakirələr aparacaq.

İrəvanda ABŞ səfirlərinin və digər diplomatik nümayəndəliklərinin toplantısı keçiriləcək. Tədbirdə Vaşinqtonun Azərbaycandakı səfiri Örl Lisenberger, Ermənistandakı səfiri Linn Treysi və Gürcüstandakı səfiri Kelli Deqnan iştirak edəcəklər.

Qeyd edək ki, ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirlərinin bundan əvvəlki toplantıları 2018-ci ildə Tbilisidə, 2019-cu ildə Bakıda keçirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR