“Kremlin növbəti provokasiyalarına hazır olmalıyıq” – Ekspertdən xəbərdarlıq
"Bu vacib anlaşmadır. Türkmənistan, Azərbaycan, İran, həm də Avropa qazanacaq”. Sfera.az bildirir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli ötən gün Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci sammiti çərçivəsində Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qarşılıqlı qaz tədarükü üzrə üçtərəfli sazişdən danışarkən deyib. Onun sözlərinə görə, hələ 90-ci illərdən Türkmənistan qazının Azərbaycana, sonra isə boru kəmərləri ilə Avropaya nəql edilməsi ciddi müzakirə mövzusu idi: