Selçuk Bayraktar Azərbaycana başsağlığı verdi
Kateqoriya məlum deyil
"Azərbaycanda baş verən helikopter qəzası ürəyimizi parçaladı. Can Azərbaycanın dərdini ürəkdən paylaşırıq”.
Sfera.az bildirir ki, bunu Türkiyənin "Baykar” şirkətinin texniki direktoru, "Bayraktar TB2" PUA-larının yaradıcısı Selçuk Bayraktar sosial media hesabında yazıb.
"Şəhid olan qəhrəman hərbçilərimizin ruhu şad, məkanı cənnət olsun. Yaralılarımızın tezliklə sağalmasını arzulayıram. Türk millətinin başı sağ olsun”, - deyə Selçuk Bayraktar qeyd edib.






