"Nazirlər Kabineti elə bil, kişilər klubudur" - Qüdrət Həsənquliyev
"Bizim Nazirlər Kabineti demək olar ki, kişilər klubudur. İcra başçılarının da hamısı kişilərdir". Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, bu istiqamətdə dəyişikliklər olmalıdır. O qeyd edib ki, Azərbaycanda qadınların pensiya yaşı aşağı salınmalıdır: "Bu həm də gənc xanımların, qızlar üçün iş yerinin açılmasına səbəb olardı. Onların iş tapması çox çətindir. Ümumiyyətlə, cəmiyyətimizdə, işlə təmin olunma