"Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq" - İlham Əliyev
"Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq". Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən təşkil edilən qəbulda deyib. Prezident bildirib: "Dünən Daşkənddə, bu gün Xivədə, Ürgəncdə, Xarəzm vilayətində olmağımdan çox məmnunam. Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri