"Putin Rəisi ilə görüşü nəzərdən keçirir"- Lavrov
Kateqoriya məlum deyil
Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Tehrana dövlət səfərinə gəldikdən dərhal sonra İran prezidenti İbrahim Rəisi ilə görüşüb.
Sfera.az İran mediasına istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran rəsmiləri, o cümlədən ölkə prezidenti ilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqlar aparmaq üçün Tehrana gedib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya prezidenti Vladimir Putinin İran prezidenti İbrahim Rəisi ilə görüşü nəzərdən keçirdiyini bildirib.(unikal)






