"Növbəti görüş ya İrəvanda, ya da Türkiyədə keçirilməlidir" - Rəsmi Ankara
"Növbəti görüş İrəvanda və ya Türkiyədə keçirilməlidir. Çünki ictimaiyyətin belə bir gözləntisi var". Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib. "Buralar düşmən əraziləri deyil. Onlar Türkiyəyə rahatlıqla gələ bilər, biz də rahatlıqla gedə bilərik. Bundan sonra üçüncü ölkədə görüşləri qəbul etmirik. Ya Türkiyədə, ya da İrəvanda toplaşmaq lazımdır", - XİN rəsmisi qeyd edib. O vurğulayıb ki, iki nümayəndə arasında 4 dəfə təkbətək görüş